IPB

Здравствуйте, гость ( Вход | Регистрация )

 
ОтветитьСоздать новую тему
> ... sülhməramlı xatirələr, (армейские байки)
halva_kimi
сообщение Aug 16 2006, 10:34
Сообщение #1


Member
**

Группа: Модератор
Сообщений: 181
Регистрация: 26-July 06
Пользователь №: 118



(... ekskluziv olmasada, amma, hər halda, özümə məxsusdur smile.gif )

... vopşem, camaat, belə... forumda qadın kontingetindən başqa və hərbi xidmətdə olmayan cavan və azyaşlı uşaqlardan başqa hamımız nə vaxtsa forma geyib botinka primerka etmişik... və əlbətdəki, ola bilməz ki, bir mırt-hadisə (bədbəxt hadisə) başımıza gəlməsin bu 1-1.5 il ərzində... yəgin ki, olub...

... raz, olub, znaçit, mənim əzizlərim, bölüşmək lazımdır... tak çto, slujivıy narod bir az aktiv olsun... inanıram ki, hərbi xidmət zamanı çoxunuzun yumor sayəsində də yeni nailiyyətləriniz və bu yönümdə özünüzdə yeni və qəlbəyatan istedadlar özünüzdə aşkar edəcəksiniz...

... elə, adicə əsgərliyin ilk günlərində, hələ molody-dırış vaxtlarda ilk dəfə qatıaçılmamış forma+botinka (ümumiyyətlə, yaxşı kişi həyatında bir neçə şeyin (t.m.) qatını açmalıdır: forma+botinkanın, əmək kitabçasının, arvadın) adamın əynində məzəli desəm bir az azaldılmış çıxır... nəisə... indi başa düşüşrəm ki, slujbada niyə yekə güzgülər olmur

... vopşem, camaat, aktivləşin... danışın, bizdə müzakirə edək... özümüz də danışaq


--------------------
... hərə özünə görə həm axsaqqaldır, həm ponyatka-ideya boçkasıdır, həm də qeyrət ağacının qeyrət budağıdır user posted image (© GTR)
Пользователь offlineПрофайлОтправить личное сообщение
Вернуться к началу страницы
+Цитировать сообщение
halva_kimi
сообщение Aug 16 2006, 10:39
Сообщение #2


Member
**

Группа: Модератор
Сообщений: 181
Регистрация: 26-July 06
Пользователь №: 118



... başlayım da... siftə özüm biggrin.gif

... danışım sizlərə yodlaş gizir Teymuroff cənablarından ... deməli, iyulun cıra-cırı... dağ şəraitində gün təpələri (baş geyiminin olmasına baxmayaraq) naskvoz deşir... ş/h düzülüb platsda... yeni gizir Teymurovun prezentasiya mərasimindən 1 dəqiqə qabax...

... ştab və onun qabax ətrafı... rezki kadrda əyninə 3 razmer böyük polevoyda bir tanış olmayan ofiserski kepkalı (kakardası uzaqdan seçilmirdi) bir kadr heyəti daxil olur (ştabdan bomba-bomba çıxır)... bu kadr heyətinin ilk diqqəti cəlb edici xüsusiyyətləindən biri ondan ibarət idi ki, xleborezkasını rzki bizim tərəfə çöndərib ayaxlarını aralı qoyub (görünür genital orqanlarının forması kvadrat imiş) nato-stilində yönü bizim (sırada günün altında solan əsgərlər) tərəfə çevrili durur... nəisə... bir 3 dəqiqə o kadr heyəti həmin formada üzü bizə arxa nahiyyəsi ştabın ağ-əhəngli divarına durdu (t.m.)... vopşem türkün məsəlindəki kimi durmaxdan bezən naməlum kadr heyəti cibinnən yeni "VVest" paçkasını (əsgər gözü belə şeyləri (t.m.) lap gecənin zülmətində bez bN (gecə binoklu) görür) çıxardaraq, həmin paçkanı açaraq və selofanını ştabın qabağındakı yarımçıq asfal yer örtüyünün üstünə tullayaraq (bu moment ştabnoy mirzə (piser) naməlum kadrın peysərinə öz xoş niyyətlərini alçaq tonlada olsa çatdırdı) paçkanı açdı, folqa-kağızınıda da dartıb selofanın dalınca tullayaraq (bu moment naməlum kadrın peysər nahiyyəsi "şarrapp!" səsi çıxardaraq ağac örtüyü ilə kantoffka nahiyyə örtüldü), bir ədəd siqareti (bu moment ağ-bakı+troyka tipli cana zərərli, amma, ciblərə sərfəli siqaretlərinin üstündə oturan əsgər heyətinin qarını bir ağızdan drujnu gürüldadı)...

... vopşem, sirada günəşin parlaq şüalarından şüalanan (gicəllənən), və naməlum kadr obyektinin cibindən çıxarıb ağzına apardığı (t.m.) "barskiy" siqaretlərdən drujnu qarın qürüldadan oğlanların elə dumanlı dağların qarlı başlarında qar salan ac əsgər qarnının gürültusunun səsinə (yaranan udarnı valna nəticəsində ştabın raşotkalı aynəbəndinin (©gizir Teymuroff) iki ədəd hesabında şüşə materialından hazırlanmış ayna tamamilə məhv olmuş, 1 döyüş vahidində olan naməlum kadr heyəti şappıltıynan ştabın ağ rəngli əhəng divarına yapışmış, başı dumanlı və qarlı dağların "3340"-cı zirvəsində isə qarın uçqunu səbəbindən 1 ədəd 8 nəfərlik turist rasçotu baş vermiş bədbəx hadisənin nəticəsində canlarını rükzaklarına tapşırmışlar) ştabdaki şərəfli və qəhrəman zabit heyəti başda mayornan (yazıx təntiyib paradnı furajkanı amerikamskiy oğlanlar kimi tərsinə taxmışdır) tökülürlər ştabın qabax hissəsinə... hərə öz atəş sektorunu müəyyən etdikdən sonra məlum olur ki, odlu silah (1555-Nli PM tapancası) yeganə ekzemplyarda növbətçi baş-leytenant yoldaşın incə belindən yerin otlu hissəsinə kimi sallanan "afiserski" (©k/çibuş Osmanoff) remenin üstündə yerləşir... vopşem, uje qəhrəman b/leyt. yoldaş bir təhər ayaxlarına dolaşan "afiserski" remeni bir təhər əli ilə tutub koburadan PM-i izvlekat edir və rubejə "s kolen" vəziyyətində çıxıb hara nişan aldığını özüdə bilmirdiki, birdən, yoldaş mayor "olmadı" komandasını verir və naməlum təhlükənin sovuşduğunu zabit publikasına, o cümlədən də b/leytenant yoldaş Remboya çatdırır... yoldaş Rembo ətrafdakılara və ilk növbədə özü üçün böyük təhlükə yaradan PM-i soxur (t.m.) obratnı koburaya...

... koroçe, bütün zabit heyəti üstünü çırpa-çırpa, ağ-əhəngli ştabın divarına yapışan naməlum yek saylı kadr heyəti isə arxa nahiyyəsini sağ əli şilləliyə-şilləliyə və sol əli ilə rezki VVestin bıçokunu 1 dəqiqə bundan öncə yapışdığı divarın üzrəində söndürərək (peysərdə kollaşma prosesi müşahidə olunur) yerə tullayır (peysərdə əməlli başlı meşələşmə prosessi gedir), və zabit heyətinin arxasına qoşularaq günün altında solmuş və otçayanno qarın quruldadıb-söyüş söyən sıraya düzülmüş ş/h-ə doğru addımlamağa başladılar...

... birinci sıranın qabağına yoldaş mayor çatdı, dalınca onun müavin və müşavir funksiyalarını icra edən dürdüncü ulduzu osobo-gözqamaşdırıcı parıldayan (təzə yapışdırıb) kapitan (əllər cibdə)... dalıncada qalan zabit heyəti (əllər cibin üstündə)... naməlum kadr heyəti daha yaxından müşahidəsi zamanı məlum olmuşdur ki, cibində 8 dənə detonator gəzdirən kadr heyəti gizir imiş... vopşem... bu gizir heyəti nədənsə zabitlərin arxasınnan keçib (t.m.) sanki podiumda keçir obiri başa və dabanı üstündə yerində 1 kruq edərək üzünü çevirir sıraya tərəf... amma, nədənsə dabanlar bu dəfə bitişik olur (görünür bunun genital orqanları kvadrat deyilmiş, yadaki, yastılaşıb rezki)... koroçe... diqqət-fərəqətdən sonra, kak polojenno, mayor bir az xoş sözlər işlədərək, və ş/h-i səmimi qəlbdən təbrik edərək yeni "vzvodnunu" təqdim etdi : "gizir Teymuroffdu... proşu lyubit i ne jalovatsa!********** (çap olunmayan xoş sözlər)"... nəsə, bu moment KPP-nin yanında səs-küy gəldi... KPP-növbətçisi qaçarax gəlib doklad etdiki, bəs yoldaş mayor kiminsə nəslinin bütün arvat-qız heyəti əlində plakat düzülüb KPP-nin qabağında... plakatların və transporantların üzərində yazılmışdır ki, bəs "bizimlə xxx-lə məşğul olmaq istəyən yoxdur"... nəisə, slujba vaxtı belə şeylər tez-tez olur... həyatda bilinməsədə, əsl kantovşilklar orada tez aşgara çıxır...

... vopşem, zabit heyəti xoş sözlər+təqdimat mərasimindən yarımçıq getdilər obratnı ştaba (günəşin cıra-cırından botinkanın dabanları əriyib yapışmışdı asfalta)... koroçe... platsda sıraya düzülmüş şəxsi heyyət+sıranın qabağında sanki podiumda lodka kimi yeriyən gizir Teymuroff... gizirin yeriməyinin səbəbi fikrin generasiyası ilə bağlı imiş... deməli, rezki sıranın tən otasında gizir tormuzlayıb və bəyaxkı daban üstündə fırlanma coolbitini təkrarlayaraq dayanır... üzü kazarmanın aynəbəndinə arxası sıraya... bir az öz əksinə aynada baxıb və bir daha özünün bomba oğlan olduğunda bütün şübhələrini göylərə sovuraraq rezki bəyaxkı kulbitnən dabanı üstündə fırlanır üzü sıraya... naxadı (©g.T.) kepkanın kozıroku qaşlardan iki-barmaxdan istiqamətini günəşə doğru götürür... əskər prostinasının 2/3 hissəsində qatlanmış və yorğan iynəsi ilə kitelin vorotnikinə tikilmiş podşivka daha yaxşı görükmək üçün kitelin yaxasından 2 düymə açılır... dabanlar rezki biri-birindən 1 metr məsafəyə aralanır... sağ əl düşür orta nahiyyəyə və bir müddət həmin kvadrat nahiyyəni qaşıyır... sol ilin çeçələ barmağındakı 3 sm-lik dırnaq isə girir ağızın içinə və iki dişin arasında yerləşən kazyonnu perloffka dənəciyini izvlaket edib, onu yumurlayaraq (aero-dinamik forma verərək) baş barmağın üstündən şeşələ barmağın şalbanı ilə cərgə düzülüşünə parralel olaraq meşə tərəfə atılır... bəyax kvadrat nahiyyələri qaşıyan sağ əl rezki girir cibə və paçkanı çıxartmadan (ac əsgərin qarın qurultusundan kazarmanın divarına yapışmaq perspektivindən özünü sığortalayaraq) 1 ədəd siqaret çıxarılır və qoyulur 100 qrammlıx dodağın üstünə və "afftagen yandırqalka"nın (©g.t.) bilavasitə köməyilə yandırılır və zatyajka olunur...

... gizir başlayır özünün tarixi monoloquna (çıxarışlar):

"mən, gizir Teymuroff F. S. oğlu, sizlərin yeni tağım komandiriniz..."

"istəyirəm ki, hamınız biləsiniz ki, burada bomba oğlan yoxdur... buranın bomba oğlanı özüməm" (buna heç kəs şübhə ilə yanaşmamışdır)

"ümumiyyətlə, slujbada borzu oğlan olmur... borzu oğlan qrajdanskidə olur... burada isə borzu oğlan şalvardadır... buranın borzu oğlanı özüməm" (gizirdən şok açıqlama)

"arxa-baş atanın belini qırıff göndərəjəm kurorta" (haupvaxtanı nəzərdə tutur)

"yadda saxlayın ki, plats və dumbuşqa MÜQƏDDƏSDİR!!!" (bu moment özü bıçoku tullayır platsa dalıncada tüpürür)

... koroçe...

"hamı yadda saxlasın... qabağınızdaki heç kim deyil... qabağınızdakı gizir Teymuroffdur!!! " (bu dərin məntiqli və heç kəsə çatmayan cümlələrlə gizir monoloqonu bitirir və sıranı rentgen baxışlardan keçirib gedir ştaba tərəf)

(baş rolda: g.t.; rollarda: zabit heyəti; massovka: sırada qünün altında düzülü vəziyyətdə duran əsgər-çavuş heyəti)

... son biggrin.gif


--------------------
... hərə özünə görə həm axsaqqaldır, həm ponyatka-ideya boçkasıdır, həm də qeyrət ağacının qeyrət budağıdır user posted image (© GTR)
Пользователь offlineПрофайлОтправить личное сообщение
Вернуться к началу страницы
+Цитировать сообщение

ОтветитьСоздать новую тему
1 чел. читают эту тему (гостей: 1, скрытых пользователей: 0)
Пользователей: 0

 



Текстовая версия Сейчас: 25th January 2021 - 05:54