IPB

Здравствуйте, гость ( Вход | Регистрация )

 
ОтветитьСоздать новую тему
> sosial düşüncələrdi)
qorxu
сообщение Apr 18 2009, 02:15
Сообщение #1


Newbie
*

Группа: Members
Сообщений: 1
Регистрация: 17-April 09
Пользователь №: 21.800



[b]Qara bağ...
Bir qadın əllərində balaca uşağını tutaraq ağlayırdı.Hava soyuq olduğundan yaşları yanağında donub qalmışdı.Uşaq sakit idi, tərpənmədən dayanmışdı.Qadının ayaqları altına gül səpələnmişdi.Gülərin nə üçün qoyulduğunu o bilmirdi axı bu gün onun ad günü deyildi.O bu gün ağlayırdı.Ağlayırdı çünkü tək qalmışdı ,uşağı ilə birgə.Hərdən, başını qaldırıb ətrafında gəzən insanlara baxır, onlardan dəstək gözləyirdi,son ümüdünü onlara bağlamışdı.Amma biz ona kömək edə bilmirdik .Artıq 17 ci dəfə bu qadının son ümüdünü gerçəkləşdirəmədik.Gücümüz yox idi .O ümüdünü bizə bağlasa belə biz bağlı deyildik,bizim bağımız çoxdan qırılmışdı.O bağ uzaqlarda qalmışdı ,onu qıranlara xidmət edirdi.Bu gün biz yox, bizi bağlamışdılar ,qara bağla .Bağ özümüzün idi amma onun ucu uzaqlarda idi, o bağdan daha uzaqda.Yəqin bratinanaın nağılını xatırlayırsız .Bu gün biz məhz o saqqallı karabas barbasın idarə etdiyi kuklara bənzəyirik.Hamımız o bağın ucundan asılıyıq.Hərəmizə bir rol verilib .Aktyorluğu kim güclü bacarırsa o səhnənin ulduzudur.Bizi ulduzda saymaq olar tamaşamız həmişə anşlaqdı.Tamaşaçılarda maraq oyadan bir obrazı oynayırıq.Sçenariya görə biz inkişaf edən zəif cəhəti olmayan bir qəhrəmanıq .Amma obrazın zahiri inkişafı onun daxılı tənəzzülünə gətirir .Qəhrəman öz dilini, dinini, ənənəsini unudur sirf müəllif fantaziyasının qurbanı olur.Bu fantaziyadan uzaqlaşıb realllığa qayıtmağa isə heç bir qəhrəmən cürət etmir.Səhnədən qovulacağından qorxur.Qorxu nəsillərə verilir və biz genetik cəhətdən aktyor olmağa məhkum edilirik.Beləliklə bizim haqda Manna ,Midiya, Səfəvilər, Atəbəylər kimi tarixi, Koroğlu, Nəbi tək fantaziyalar, 20 yanvar ,xocalı kimi faciyələr çəkildi.Təkcə özümüz tamaşaçısı olduq ,kiməsə göstərəmədik.Ağladıq, amma yaşlarımızı görən olmadı.Qara bağladıq başa düşmədilər.Artıq özümüzdə bezdik Bağı açıb tulladıq unutmağa çalışdıq.Ağlamağa son qoyduq ziddiyət inkişafdır deyə günümüzü şənlikdə, bayramlarda keçirdik.Hamı inkişafa dəstək verdi, saraylar tikdi.O bağlaradan xoş xatirə olaraq adlarını Şuşa Ordubad Zəngilan v.s qoyduq.Uşaqları sülh üçün böyütdük, nağıllarda qartalı qəddar, göyərçini qəhrəman etdik..Şair olduq torpaqdan yox onu tapdalayan insanlardan yazdıq.Torpağın xeyir verməyəcəyini yaxşı bilirdik.Torpaqda neft çıxardıq ,milli sərvət .Kəmərlər tikdik mənəvi sərvətlərin üstündən .Qonşunun verdiyinə büründük öz kəmərimizi boşaldaraq.Bazar iqtisadiyatı qurduq ,əsas satılan milli mənafeyimiz oldu.Avropaya qoşulduq, öz ənənələrimizi cahil, onlarınkini mədəniyyət etdik.Papağımızı çıxardıq ,onların qarşısında. Kənardan asdıq hələ di asılı qalıb.Yeni yazarlar çixdi, erotikanı fərglilik dərəcəsinə gətirdilər.Leyli -Məcnun çürüdü artıq Məcnun və Məcnundan yazırdılar.Məcnunlar a sərbəstlik verdik.Qanunla insanları azad, qanunla onları azadlıqdan məhrum etdik.Respublika qurduq, seçici olduq, seçilmişi seçdik.İnkişaf da olan kanstutiçiya qəbul etdik.İnkişaf bizi keçmışə apardı.Tarix unutduruldu dərslik əzbərlənərək .Qanundan kənar təhsil aldıq, milli məclisin dəstəyi ilə.Təhsilə dəstək verildi. müəllimə maaş ayrıldı həm dövlət, həm tələbə tərəfindən.Tələbəlik tabelik oldu.Bizdən vermədiklərini tələəb etdilər.Təlabatı”ödəyə” bilmədik.Təlabat olmayan obyektlər tikildi, lahiyələrə start verildi.Şəxsi müzeylərin sayı çoxaldı .Tarix isə açıq havada qaldı onu restavrasiya etdilər.Biz restavrasiya olunmayan gəncliyimizi məhz bu ziiddiyətlər içində keçirdik.Gələcək üçün güc verilmədi.Bizə yaratmadılar özümüz yaratdıqda imkan vermədilər.Ümüdlə böyüdük, ümüdlə təhsil aldıq amma ümüdümüz bizdən qabaq öldü. Büst üstündə duran qadın məhz bunu bilmədiyindən ümüdünü bizə bağlamışdı.Biz isə ümüdsüzlüyə........
Пользователь offlineПрофайлОтправить личное сообщение
Вернуться к началу страницы
+Цитировать сообщение

ОтветитьСоздать новую тему
1 чел. читают эту тему (гостей: 1, скрытых пользователей: 0)
Пользователей: 0

 



Текстовая версия Сейчас: 17th September 2019 - 02:28